Cəmiyyət / Sosial
6
Dünən, 14:27

Nigar Köçərli ondan 222 min manat tələb edən “Liv Bona Dea”dan dad çəkdi- İNANILMAZ

Nigar Köçərli ondan 222 min manat tələb edən “Liv Bona Dea”dan dad çəkdi- İNANILMAZ

Xatırladım ki, 14 yanvarda “Liv Bona Dea” xəstəxanasında əməliyyat olunmuş, anestesiyanın çox gec verilməsindən və tibb personalın kobud rəftarından fiziki və mənəvi zərbə almışam.
Tezadlar.az xəbər verir ki, bunu “Əli və Nino” kitab mağazalar şəbəkəsinin qurucusu Nigar Köçərli bildirib.
O, vurğulayıb ki, xəstəxanada olduğu 3 gün ərzində dəfələrlə şikayət etsə də, baxılmayıb.
“Artlq evdə olarkən, nisbətən özümə gələndən sonra xəstəxanada yaşadığım pis təcrübə barədə şəxsi sosial şəbəkəmdə paylaşım etmişəm. Buna görə də “Liv Bona Dea” məni məhkəməyə verib, 222000 AZN təzminat tələb edir.
Hazırlıq iclası martın 4-də olub. Apreldə 7-də bu işə baxılacaq. Əməliyyatdan sonra iki ay yarım vaxt keçdi. Amma mən hələ də özümə gələ bilmirəm, əksinə, səhhətimdə daha da böyük problemlər yaranıb – demək olar ki, hər gün həkimlərdəyəm.
Azərbaycanda analoqu olmayan məhkəmə prosesinə hazırlaşıram. Qorxulu filmlərin qəhrəmanı kimi hiss edirəm özümü — canımı qurtarsam da, xəstəxananın təqibindən xilas ola bilmirəm. 7 apreldə saat 11-də Nəsimi rayon məhkəməsində “Liv Bona Dea” xəstəxanasının mənə qarşı iddiasına baxılacaq”, – deyə qeyd edib.
Nigar Köçərli məhkəmə iclasının hər kəsin üzünə açıq olduğunu və bütün proseslə bağlı ətraflı məlumat verəcəyini də diqqətə çatdırıb.
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər