Cəmiyyət / Ölkə
5
Dünən, 17:43

Arzu Kazımov kimə güvənir? - Podratçı şirkətləri müflis edərək pullarını ödəmir

Arzu Kazımov kimə güvənir? - Podratçı şirkətləri müflis edərək pullarını ödəmir

Adı müxtəlif qalmaqallarda, ABU-nun sabiq rektoru Elşad Abdullayevlə bağlı olaylarda çəkilən, əvvəllər məhkum edilən iş adamı Arzu Kazımov təkrar əməllərindən əl çəkməyib. Son günlər mediada onun əməlləri barədə daha bir neçə maraqlı məlumat yayılıb.
Bildirilir ki, Arzu Kazımov bir müddət öncə mənzil alqı-satqısında yol verdiyi saxtakarlıqlara görə istintaqa cəlb edilib. Haqqında cinayət işi açılmasına, hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olmasına baxmayaraq, hazırda mənzil alverini, təkrar əməllərini davam etdirməkdədir. Ən acınacaqlı məqam isə ondan ibarətdir ki, bu alver yenə də köhnə üsulla, digər alıcıların və ya artıq mənzil sahibi olan digər şəxslərin hüquqlarının kobud şəkildə pozulması, onların aldadılması və s. ilə müşahidə edilir.

Bu arada Bizimesr.az-ın əldə etdiyi məlumata görə, Arzu Kazımovun daha bir qanunsuz əməli də podratçı şirkətlər üçün ciddi maliyyə problemi yaratmasıdır. Belə ki, Arzu Kazımov bu günə kimi sayı bəlli olmayan podratçı şirkətlərin gördükləri işlərin müqabilində pullarını verməyib və onları müflis həddinə çatdırıb.a

Əldə etdiyimiz məlumata görə, iş adamı Arzu Kazımov “İNVEST-AZEM” adlı MMC-yə olan borcunu illərdir vermir. Onun bu əməli nəticəsində “İNVEST-AZEM” MMC-nin dövlət qarşısında külli miqdarda borcu yaranıb, şirkət müflis olub. Şirkət rəhbərliyinin Arzu Kazımova etdiyi çoxsaylı müraciətlərə baxmayaraq, müxtəlif bəhanələr gətirərək borcunu ödəmir. Məlumata görə, Arzu Kazımovun milyon manatlarla borclu qaldığı onlarla belə podratçı şirkət var.

Daha bir məlumata görə, Arzu Kazımov hətta biznes ortağını da aldadıb, ona külli miqdarda maddi ziyan vurub və ortaqlar arasında böyük mübahisələr, məhkəmə çəkişmələri yaranıb.

Qeyd edək ki, Arzu Kazımovun məlum qanunsuz əməllərindən zərər çəkən şəxslərin və şirkətlərin sayı durmadan artır. Onun əməllərindən zərərçəkən şəxslər aidiyyəti qurumlardan məsələyə hüquqi qiymət verilməsini və ciddi tədbirlər görülməsini tələb edir.

Bizimesr.az

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər