Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa təyinat alıb.
Ağayevə yan xətt boyunca Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim vəzifəsi Kamal Umudluya tapşırılıb.
Video köməkçi hakim (VAR) funksiyasını ingiltərəli Piter Benks, onun köməkçisi (AVAR) rolunu isə həmyerlimiz İnqilab Məmmədov icra edəcək.
Tərəflər arasında həlledici duel avqustun 27-də Polşada təşkil olunacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
İlk qarşılaşmada 2:2 hesablı bərabərlik qeydə alınıb. Millimizin hücumçusu Mahir Emreli də həmin oyunda “Rakuv”un heyətində fərqlənərək komandasının ilk qolunu vurmuşdu. Cütün qalibi Polşadakı qarşılaşmanın nəticəsinə əsasən bəlli olacaq.
Bakunews.tv