Cəmiyyət
38
6-05-2026, 13:47

Eldar Əzizov rəisi işdən çıxardı

Eldar Əzizov rəisi işdən çıxardı

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyindəki Yaşıllaşdırma Təsərrüfatı Birliyində kadr dəyişikliyi olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb.

Əmrə əsasən, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Su quyularının İstismarı və Təmiri Xidməti müəssisəsinin rəisi Yaşar Salahov vəzifəsindən azad edilib.

Digər əmrlə, adıçəkilən müəssisənin rəisi vəzifəsinə Əhmədov Cavanşir Samir oğlu təyinat alıb.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər