Ağcabədi rayonunda “7 Gözəl ” şadlıq evində nöqsanlar aşkar edilib.Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, şadlıq evi Ağcabədi rayonu, B.Sərdarov küçəsi ünvanında fəaliyyət göstərən sahibkar Quliyev Pərviz Əlayiq oğluna məxsus olub.
"Yoxlama zamanı şadlıq evində etiket məlumatları olmayan qida məhsullarının istehlaka təqdim edildiyi, təmizləmə və dezinfeksiya işlərinin aparılmadığı, istifadə edilən suyun filtrdən keçmədiyi, çalışan işçilərin gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən edilib.
Nöqsanlarla bağlı sahibkar barəsində İnzibati Xəta haqqında Protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib", - məlumatda qeyd olunub.
Bakunews.tv