Cəmiyyət / Sosial
2
Bu gün, 11:32

Mingəçevirdə başçının ŞÜBHƏLİ ORTAQLARI - Bir araşdıran olsa...

Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi dövlət vəsaitlərinin xərclənməsi istiqamətində irihəcmli satınalma müqaviləsinə imza atıb.
Mingəçevirdə başçının ŞÜBHƏLİ ORTAQLARI - Bir araşdıran olsa...

32gun.az-ın əldə etdiyi məlumata görə, idarə müxtəlif mal-materialların, dəftərxana ləvazimatlarının, nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin və təsərrüfat mallarının satınalınması üzrə "LİDER-LİNE" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə anlaşıb. Tərəflər arasında bağlanan satınalma müqaviləsinin ümumi maliyyə dəyəri dəqiq olaraq 15 milyon 604 min 581 AZN təşkil edir.

Müqavilənin şərtlərinə əsasən, ayrılan milyonluq vəsait qarşılığında qurum üçün 10 tondan çox sement və emulsiya, eləcə də kafel-metlax yapışdırıcısı, şpaklyovka, inşaat arabaları, armatur, boya, dam örtükləri və digər çoxsaylı təmir-abadlıq materialları satın alınacaq. Diqqətçəkən əsas məqam isə odur ki, 15 milyon manatdan çox dövlət vəsaitinin etibar edildiyi "LİDER-LİNE" MMC-nin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir.
Hüquqi ünvanı Mingəçevir şəhəri, Bağlar massivi, 11-ci Bağ küçəsi, ev 28-A olan bu şirkətin qanuni təmsilçisi isə Namizəd Şahmar oğlu Əsgərovdur.
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər