Cəmiyyət / Mədəniyyət
4
Bu gün, 19:04

Xalq artisti Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür etdi

Xalq artisti Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

"Hörmətli Mehriban xanım, səhhətimlə bağlı yaşadığım çətin günlərdə göstərdiyiniz diqqət, qayğı və müalicəmi şəxsi nəzarətinizdə saxlamanız məni son dərəcə duyğulandırdı.

Ləyaqətli insani keyfiyyətlərinizə, həssas münasibətinizə və göstərdiyiniz diqqətə görə Sizə sonsuz və dərin minnətdarlığımı bildirirəm.

Qayğıkeşliyiniz, nəvazişiniz və şəfqətiniz ən qiymətli insani dəyərlərdəndir. Sizə olan vəfa borcum övladlarıma mənəvi əmanətdir. Sizə möhkəm cansağlığı, fəxarətli ömür, xalqımız naminə Böyük Sərkərdənin yanında silahdaşı kimi həyata keçirdiyiniz nəcib fəaliyyətinizdə daim uğurlar və müvəffəqiyyətlər arzulayıram", - Xalq artisti qeyd edib.

Xatırladaq ki, Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən bir neçə gün öncə xəstəxanaya yerləşdirilib.

Onun müalicə prosesini Mehriban Əliyeva nəzarətə götürüb.

Bakunews.tv
Son xəbərlər