Cəmiyyət / Sosial
4
Bu gün, 13:42

Şri-Lankaya apardığı azərbaycanlı turistlrdən Şri-Lanka polisinə ŞİKAYƏT ETDİ - NARAZILIQ VAR...

" "Miramir travel" şirkətindən şikayətçiyəm".
"DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Bu ilin avqust ayında Şri-Lankaya təşkil edilmiş qrup turuna qoşulmuşduq- qrupda 38 nəfər var idi...
Əlbəttə ki, bu sayda iştirakçının olmasını ödənişi etdikdən sonra öyrənmişdik. Tur tarixləri öncədən 10-18 avqust elan olunsa da, 10-17 avqusta dəyişdirilibmiş.
Tur proqramı uçuşa yaxın paylaşıldı - o zaman turun qeyri peşəkar təşkil olunduğu üzə çıxdı, belə ki, tur boyu gün ərzində 400-450 km-lik yorucu uzaq məsafələr qət olunurdu.
Turun ortasında tur iştirakçıları ilə qrup rəhbəri ilə problemlər başladı- turistlərlə kobud davranış, yekəxanalıq əlbəyaxa konfliktə gətirdi, tur rəhbərinin Şri Lanka polisinə müraciət etməsi son nöqtəni qoydu.
Ara yerdə konfliktdən kənar qalan digər turistlər peşman oldu - gediləsi yerlərin çoxuna gedə bilmədik, istirahətimiz pozuldu, qanımız qaraldı, vaxtımız getdi.
Bu şirkət indi indi aktiv olaraq Braziliya, Yaponiya turlarını reklam edir...
"Miramir travel" şirkətini heç bir halda tövsiyyə etmirəm..."

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər