Cəmiyyət / Mədəniyyət
1
Bu gün, 14:43

Əməkdar artist Sevda Salehin səhhəti ilə bağlı son durum açıqlandı

Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadənin səhhəti stabildir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, əməkdar artistin müalicəsi Nizami Tibb Mərkəzinin Reanimasiya şöbəsində davam etdirilir: "Baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunan pasiyentin vəziyyəti ağır stabil qiymətləndirilir".

Qeyd edək ki, Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində Nizami Tibb Mərkəzinin reanimasiyaya şöbəsinə yerləşdirilib.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər