Yeni Yasamalda narazılıq - Yaşıllıq və uşaq meydançasının yerində tikinti aparılır - VİDEO
Bakı şəhəri, Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində yaşayan sakinlər həyətyanı sahənin zəbt olunması və tikinti işlərinə hazırlıq görülməsindən narazıdır.
Narazılıq Yeni Yasamal massivi, Əsəd Əhmədov küçəsi, 26 ünvanında yerləşən yaşayış binasının həyətində yaşanır. Sakinlərin sözlərinə görə, uzun illərdir bina sakinlərinin istifadəsində olan yaşıllıq sahəsi və uşaqların oyun meydançası naməlum şəxslərə satılıb. Ərazidə qazıntı işlərinə start verilib və hazırda ərazi tikinti aparılması üçün hazırlanır.
Bu vəziyyət bina sakinlərinin ciddi etirazına səbəb olub. Onlar hesab edirlər ki, yaşayış binasının həyətindəki yeganə yaşıllıq zonasının və uşaqlar üçün nəzərdə tutulan meydançanın tikintiyə qurban verilməsi sakinlərin yaşayış şəraitinə və istirahət hüququna birbaşa mənfi təsir göstərir.
Vətəndaşlar problemin həlli ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova rəsmi müraciət ünvanlasalar da, iddialarına görə, müraciətləri cavabsız qalıb.
Qeyd edək ki, son dövrlər Yasamal rayonu ərazisində məhəllədaxili problemlərlə bağlı sakinlərin şikayətləri mətbuatın gündəmindən düşmür. Vətəndaşların iddialarına və rəsmi müraciətlərinə rayon rəhbərliyi tərəfindən münasibət bildirilməməsi isə narazılığı daha da artırır. (Bizimesr.info)
Bizimesr.info məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırdır.
VİDEO LİKDƏ: https://bizimesr.info/az/post/yeni-yasamalda-naraziliq---yasilliq-ve-usaq-meydancasinin-yerinde-tikinti-aparilir---video-24253
Bakunews.tv