Cəmiyyət
275
8-03-2023, 20:14

Yol polisi Mingəçevir və Balakəndə qadın sürücüləri təbrik edib - FOTO

Mingəçevir və Balakəndə yol polisi əməkdaşları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanım sürücüləri təbrik ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bakunews.tv-ya verilən məlumata görə, polis əməkdaşları xanım sürücülərin idarə etdiyi avtomobilləri saxlayıb, sükan arxasında əyləşən zərif cinsin nümayəndələrinə gül təqdim edib və onlara Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdırıblar.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər