Cəmiyyət
295
12-04-2023, 23:39

Şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər - FOTO

11.04.2023-cü il tarixdə Vətən Müharibəsi şəhidi Rüstəmov Rövşən Orxan oğlunun doğum günündə məzarı ziyarət edilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidinin ruhuna dualar oxunub, məzarı qarşısına əklil, tər gül-çiçək dəstələri düzülüb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!

Fərid Şərifov
Ulutv.İnfo

Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər