SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Saatlıda maarifləndirmə tədbiri keçirilib -

Saatlıda maarifləndirmə tədbiri keçirilib - FOTO

13.10.2023 20:04 109
Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Mustafabəyli kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Əjdər Əliyev dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən söz açıb.
Bildirilib ki, bu maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ölkə ərazisində zəruri bütün tədbirlər görülür və qeyd edilən qanunsuz əməllə məşğul olan şəxslərin ifşa olunması istiqamətində qətiyyətli əməliyyat tədbirləri keçirilir.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Xəbəri necə qiymətləndirirsiniz?