Bölgə
260
1-04-2023, 21:52

1 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir - FOTO

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 1 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əvvəlində 31 mart soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən ŞPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Kəmaləddin Məmmədov narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən danışaraq, hüquq mühafizə orqanları tərəfindən bu zərərli maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində görülən işlərdən danışıb.
Məktəblilərlə həmsöhbət olan rəis müavini onlara təhsilləri ilə bağlı dəyərli tövsiyələr verib.
Görüşün sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

bakunews.tv


Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər