Dünya
273
19-07-2022, 21:45

Finlandiyada rusiyalı hokkeyçilərə Avropada sığınacaq təklif edilib

Finlandiya Dövlət İdman Şurasının üzvü Timo Heynonen Rusiyanın "ÇSKA" hokkey komandasının keçmiş qapıçısı İvan Fedotovun həyat yoldaşı Nadejda vasitəsilə yayılan bəyanatı şərh edib.

bakunews.tv report-a istinadən xəbər verir ki, T.Heynonen tviter hesabından Qərb ölkələrini onlara siyasi sığınacaq verməyə çağırıb.

“Bu idmançıların başqa ölkələrə qoşulması daha yaxşı olardı. Qərb ölkələri onlara siyasi sığınacaq verə bilər”, - postda yazılıb.

Xatırladaq ki, iyulun 1-də İvan Fedotovun Sankt-Peterburqda saxlanılması barədə məlumat yayılmışdı. Hokkeyçi hərbi xidmətdən yayınmaqda şübhəli bilinir.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər