Dünya
83
6-03-2024, 14:29

Ermənilərin Artsaxla bağlı tədbiri ixtisara salındı

Xəbər verildiyi kimi ermənilər bu il martın 6-da Berlində “Artsaxın mədəni irsi” adlı kitabın təqdimatı məqsədilə geniş tədbir keçirməyi planlaşdırırdılar. Bu gün tədbirin onlayn keçiriləcəyi barədə məlumat yayılıb. Məqsəd guya təqdimatın təhlükəsizlik şəraitində keçirilməsini təmin etməkdir.

Xatırladaq ki, Avropada yaşayan azərbaycanlılar və diaspor təşkilatları təqdimat mərasimində iştirak etmək üçün qeydiyyata düşmək məqsədilə davamlı olaraq müraciətlər edib və tədbirin qarşısının alınması üçün ciddi cəhd göstəriblər.

Berlində “Artsaxın mədəni irsi” adlı kitabın təqdimat mərasiminin istənilən səviyyədə baş tutmaması Azərbaycan diasporunun fəallığının nəticəsidir.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər