Dünya
159
15-04-2024, 20:58

İtaliyanın Tehrandakı konsulluğu fəaliyyətini dayandırıb

İtaliyanın Tehrandakı konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər ziyarətçilər üçün bağlı olacağını açıqlayıb.

Bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki məlumatında ​bildirilib.

“Həmvətənlərə konsulluq xidmətlərinin göstərilməsi hələ də təmin edilir”, - nümayəndəlikdən vurğulanıb.

Həmçinin təxirəsalınmaz yardım üçün e-mail ünvanı və telefon nömrəsi də verilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər