Dünya
78
1-07-2024, 23:55

Taliban Əfqanıstana qarşı beynəlxalq sanksiyaların ləğvini istəyir

Taliban beynəlxalq ictimaiyyətin Əfqanıstana qarşı ticarət və maliyyə sanksiyalarının tezliklə ləğvinə ümid edir.

bakunews.tv qaynarinfo-ya istinadən xəbər verir ki, bunu Taliban hərəkatının rəsmi nümayəndəsi Zəbihullah Mücahid BMT-nin Əfqanıstan üzrə Doha konfransında bildirib.

Mücahid Qətərin paytaxtında verdiyi açıqlamada deyib: "Əfqanlar dünya ilə müsbət qarşılıqlı əlaqələri inkişaf etdirməyə yönəlmiş bir sistem yaratdılar, lakin cavab olaraq sanksiyalar və məhdudiyyətlərlə üzləşdilər".

O qeyd edib ki, siyasi fikir ayrılıqları Əfqanıstan xalqına təhlükəsizlik, siyasət və iqtisadiyyat məsələlərində təzyiq üçün səbəb olmamalıdır.


bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər