Dünya
170
12-08-2024, 17:00

"Kurskda 28 yaşayış məntəqəsi Ukraynanın nəzarətindədir"

Rusiyanın Kursk vilayətində Ukraynanın nəzarətində olan 28 yaşayış məntəqəsi var. 

Bunu qubernator vəzifəsini icra edən Aleksey Smirnov bildirib.

O əlavə edib ki, orada 2 minə yaxın insan yaşayır. Smirnovun sözlərinə görə, Ukrayna qüvvələrinin bölgəyə nüfuz etmə dərinliyi 12 km, eni 40 km-dir.

Qeyd olunub ki, Kursk vilayətində 180 min insan təxliyə olunmalıdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər