SON DƏQİQƏ
Bakunews.tv » Dünya » İrəvandan Konstitusiya dəyişikliyi ilə bağlı açıqlama

İrəvandan Konstitusiya dəyişikliyi ilə bağlı açıqlama

13.08.2024 18:25 151
Konstitusiyaya dəyişikliklər prosesi Ermənistan Respublikasının daxili işidir.

Bunu Ermənistan Xarici İşlər Nazirliyi erməni mətbuatının sorğusuna cavabında deyib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarının Bakı ilə İrəvan arasında sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneə olaraq qaldığını demişdi.
Xəbəri necə qiymətləndirirsiniz?