Dünya
109
3-01-2025, 13:46

Rusiyada "Şaxta baba" iş adamını odlu silahla qətlə yetirib

Rusiyanın Çuvaşıstan Respublikasının Kanaş şəhərində Şaxta baba paltarı geyinmiş şəxs yerli iş adamını odlu silahla qətlə yetirib.

Yanvarın 2-də baş verən hadisədən sonra həmin şəxs ərazini tərk etsə də, sonradan saxlanılıb.

Bildirilib ki, öldürülən şəxs əvvəllər hüquq-mühafizə orqanlarında işləyib.

Hadisənin qisasçılıq zəminində törədildiyi ehtimal edilir.

Cinayətkarın vaxtilə məhz qətlə yetirilən şəxsin aşkarladığı faktlar nəticəsində həbs edildiyi bildirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər