Dünya
59
24-02-2025, 19:24

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirərək siyahıya 40 gəmi də daxil olmaqla 107 maddə əlavə edib.

Bu barədə TASS ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində Şimali Koreyanın müdafiə naziri No Qvan-Çxol və generallara qarşı sanksiyalar tətbiq edilib.

Bundan əlavə, Rusiya Federasiyasına elektronika tədarükünə görə Mərkəzi Asiya ölkələri, Türkiyə, Tailand, Hindistan və Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər