Dünya
117
7-03-2025, 15:11

Qadınlara məscidlərdə namaz qılmaq qadağan edildi

Əfqanıstanda Taliban hərəkatının formalaşdırdığı hökumətin məmurları qadınlara namaz qılmaq üçün məscidlərə getməyi qadağan ediblər.

Bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.

Herat vilayətindəki mənbələr bildiriblər ki, yeni məhdudiyyətlər barədə məlumat əhaliyə imamlar vasitəsilə şifahi olaraq çatdırılıb. Artıq qadınların məscidlərdə cümə namazlarında iştirak etməsinə icazə verilmir, halbuki əvvəllər onlar üçün məscidlərdə ayrıca otaqlar düzəldilmişdi.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər