Dünya
138
7-03-2025, 19:29

Tramp Rusiya və Ukraynanı dərhal danışıqlar masasına əyləşməyə çağırıb

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiya və Ukrayna dərhal danışıqlar masasına əyləşməlidir.

Bu barədə o, “Truth Social” hesabında yazıb.

"Rusiya və Ukraynaya müraciət edirəm, çox gec olmamış, dərhal danışıqlar masasına əyləşin", - ABŞ Prezidenti vurğulayıb.

O, atəşkəs və sülhlə bağlı yekun razılıq əldə olunana qədər Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirdiyini də qeyd edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər