Dünya
25
29-04-2025, 14:04

Səudiyyə Ərəbistanından sərt addım: Həcc üçün icazə almayanlar cəzalandırılacaqlar

Həcc ziyarəti üçün icazəsi olmadan Məkkəyə və müqəddəs bölgələrə daxil olmağa çalışanlar 20 min riala (5 min 300 dollara yaxın) qədər cərimələnəcək.

Bakunews.tv "TRT Haber" telekanalına istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi məlumat paylaşıb.

Bildirilir ki, yeni qaydalar aprelin 30-dan qüvvəyə minəcək və 44 gün davam edəcək.

Bundan başqa, icazəsiz həccə cəhd edən əcnəbi ziyarətçilər deportasiya ediləcək və 10 il müddətinə ölkəyə girişləri qadağan ediləcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər