Dünya
21
28-05-2025, 17:15

Putin Ukraynada münaqişəyə son qoymaq üçün hansı şərtləri irəli sürüb?

Rusiya Ukrayna ilə münaqişəsinin nizamlanması çərçivəsində Qərbin NATO-nun şərqə doğru genişlənməməsi və sanksiyaların ləğvi ilə bağlı yazılı öhdəliyinə dair şərtlər irəli sürür.
Bakunews.tv-nin xəbərinə görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən yazıb.

"Prezident Vladimir Putinin Ukraynada müharibəyə son qoymaq şərtlərinə Qərb liderlərinin NATO-nun şərqə doğru genişlənməsini dayandırmaq və Rusiyaya qarşı sanksiyaların bir hissəsinin ləğv etmək barədə yazılı öhdəlik götürməsi tələbi daxildir", - deyə nəşrin bəyanatında bildirilib.

Agentlik yazır ki, Moskva böyük Qərb dövlətlərindən NATO-nu şərqə doğru genişləndirməmək barədə "yazılı" öhdəlik almaq istəyir - "bu, bir növ Ukrayna, Gürcüstan, Moldova və digər keçmiş sovet respublikalarının üzvlükdən formal şəkildə istisna edilməsidir".

Rusiya, həmçinin Ukraynanın neytrallığını qoruyub-saxlamasını, Qərbin bəzi sanksiyalarının aradan qaldırılmasını, Rusiyanın Qərbdəki dondurulmuş suveren aktivləri məsələsinin həllini, Ukraynada rusdilli əhalinin qorunmasının təmin olunmasını istəyir.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər