İsrail Hərbi Hava Qüvvələri İran ərazisindən buraxılmış yeddi pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Bakunews.tv xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb.
"Cənubi Colan Təpələrində düşmən təyyarələrinin hava məkanına müdaxiləsi ilə bağlı xəbərdarlıqlar aktivləşdirildikdən sonra Hərbi Hava Qüvvələri İran ərazisindən buraxılmış yeddi PUA-nı ələ keçirib. Onlar İsrail sərhədini keçmədən əvvəl zərərsizləşdiriliblər", - deyə məlumatda bildirilir.