Türk siyasi tarixinin ən amansız çevriliş cəhdlərindən biri bundan düz 10 il əvvəl – 15 iyul 2016-cı ildə baş verdi. Ölkəmizin qurumlarına gizlicə sızmış bir terror şəbəkəsi tərəfindən törədilən bu çevriliş cəhdinin məqsədi Türkiyəni uzun illər davam edəcək bir xaosa sürükləyərək xalqımızın gələcəyini nəzarət altına almaq idi. İstiqlalına və gələcəyinə sahib çıxaraq qiyamçılara cavab verən əziz xalqımız qəhrəmancasına bir dirəniş nümayiş etdirdi və bu torpaqlarda milli iradənin əsir alına bilməyəcəyini bütün dünyaya bəyan etdi.
Onun sözlərinə görə, Türk xalqının 15 iyul gecəsi meydana qoyduğu uzaqgörənlik və cəsarətinin dünya demokratiya tarixində bənzəri yoxdur.
"Fətullahçı Terror Təşkilatı (FETÖ) tərəfindən törədilən bu xain çevriliş cəhdi adi bir hərbi çevriliş təşəbbüsündən də o yana keçərək ölkəmizin müstəqilliyini təhdid edən bir işğal cəhdi idi. Qiyamçıların ilk hədəfi milli iradənin və xalqımızın müstəqilliyinin simvol qurumları olan Prezident Aparatı və Türkiyə Böyük Millət Məclisi oldu. 15 iyul gecəsi verdiyim açıqlamada bu günə qədər xalqın gücündən üstün heç bir qüvvə tanımadığımı xüsusi vurğulamışdım. Bu açıqlamanı verərkən türk xalqının öz iradəsinə sahib çıxacağına əmin idim. Beləliklə, elə həmin gecə böyük bir iman və özünəinamla küçələrə axışan xalqımız terror şəbəkəsinin hökmranlığı altına girməyi rədd etdi. Ölkəsinin müstəqilliyi, demokratik nailiyyətləri və azad iradəsini qorumaq məqsədilə canı bahasına dirəniş göstərən xalqımız qiyamçıları yerinə oturdu və nəsildən-nəslə qürurla danışılacaq bir milli iradə dastanına imza atdı", - ölkə başçısı vurğulayıb.
Türkiyə Prezidenti terror təşkilatlarına qarşı aparılan əməliyyatlara da toxunub:
"Xalqımızın cəsarətli mövqeyindən aldığımız ilhamla biz də bu xain çevriliş cəhdinin mənfi təsirlərini sürətlə aradan qaldırmaq üçün hərəkətə keçdik. Dövlətin bütün qurumlarında siyasi olmayan vasitələrlə demokratik fəaliyyətə zərər verə biləcək hər hansı bir yeri təhdid mənbəyi olmaqdan çıxaracaq struktur islahatları təcili həyata keçirdik. Sonra mübarizə apardığımız digər terror təşkilatlarını məhvetmə strategiyası çərçivəsində daxildə və xaricdə apardığımız əməliyyatlarda mühüm uğurlar əldə etdik. Nəhayət, öz birlik və bərabərlik tariximizdə yeni bir səhifə olan “Terrorsuz Türkiyə” prosesinə başladıq. “Türkiyə əsri” yolumuzun əsas mərhələlərindən biri olan bu proses əhatəli və birləşdirici yanaşma, müvafiq təhlükəsizlik qurumlarımızın səyləri və siyasi qurumların dəstəyi ilə şükürlər olsun ki, məqsədinə doğru və əmin addımlarla irəliləyir. İnanıram ki, “Terrorsuz Türkiyə” prosesinin uğuru ölkəmizlə yanaşı, bölgəmizin də sabitliyinə töhfə verəcək".
Bakunews.tv