SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Namiq Məmmədovun "Gəncə Şərab-2" ASC-sinin vergi borcu yarım milyonu ötdü - FOTOFAKT

Namiq Məmmədovun "Gəncə Şərab-2" ASC-sinin vergi borcu yarım milyonu ötdü - FOTOFAKT

17.11.2026 13:48 21
Gəncə şəhərində fəaliyyət göstərən iri şərabçılıq müəssisəsi "Gəncə Şərab-2" Açıq Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə olan vergi borcu daha da artaraq yarım milyon manatı keçib.
32gun.az-ın dövlət reyestri və vergi məlumatlarından əldə etdiyi xəbərə görə, cəmiyyətin hazırkı vergi borcu 566.868,77 AZN (566 min 868 manatdan çox) təşkil edir.

Dövlət qeydiyyatı göstəricilərinə əsasən, 9 yanvar 2003-cü il tarixində dövlət qeydiyyatına alınan və Gəncə şəhəri, Zaur İsmayılov küçəsi, ev 86 ünvanında yerləşən ASC-nin nizamnamə kapitalı 62.641.934,73 AZN (62,6 milyon manatdan çox), qanuni təmsilçisi isə Sabit Nürəddin oğlu Nəbiyevdir.

Qeyd edək ki, “Gəncə Şərab-2” ASC-nin əsas rəhbəri və Direktorlar Şurasının (İdarə Heyətinin) sədri iş adamı Namiq Məmmədovdur.

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?