Ukrayna Silahlı Qüvvələri dronlarla Rusiyanın Tatarıstan Respublikasına hücum edib.
Hücumun hədəfində Kazan, Zelenodolsk və Nijnekamsk şəhərlərində yerləşən neft emalı zavodları və anbarlar olub.
Zelenodolsk şəhərinin meri Mixail Afanasyev bildirib ki, Ukrayna Silahlı Qüvvələri logistika mərkəzinə hücum edib.
Bundan əlavə, Ukrayna ordusu Dağıstan Respublikasının Kaspiysk limanına da hücum həyata keçirib. Həmin limanda Xəzər Hərbi Donanmasının bazası yerləşir.
Bakunews.tv