İtaliya Baş naziri Corciya Meloni Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etməyəcək.
“Əgər planlarda son anda heç bir dəyişiklik olmasa, İtaliyanı onun yerinə xarici işlər naziri Antonio Tacani təmsil edəcək”, - İtaliya mediası bildirib.
Qeyd edilib ki, Meloninin qərarı büdcənin hazırlanması və gələn il keçiriləcək seçkilər də daxil olmaqla, daxili siyasi məsələlərlə əlaqəlidir.
BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi debatları 22-26 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək və 28 sentyabrda başa çatacaq.
Bakunews.tv