Ukraynada fəaliyyət göstərən sonuncu metallurgiya müəssisələrinin də sıradan çıxması nəticəsində ölkədə polad istehsalı tamamilə dayanıb.
Federasiyanın açıqlamasına görə, hazırda ölkədə polad istehsalı həyata keçirilmir. Halbuki Ukrayna 2022-ci ildən əvvəl dünyanın ən böyük 10 polad istehsalçısı sırasında yer alırdı.
Məlumata əsasən, Ukraynada 2021-ci ildə 21,4 milyon ton, 2025-ci ildə isə 7,4 milyon ton polad istehsal edilib.
Sentyabrın 18-də "Zaporojstal" və "Kametstal", sentyabrın 22-də isə "İnterpayp Stal" zavodlarının fəaliyyətinin dayandırıldığı açıqlanıb. Dnepr Metallurgiya Zavodu isə maliyyə problemləri səbəbindən daha əvvəl fəaliyyətini faktiki olaraq dayandırmışdı.
"Reuters"in məlumatına görə, Rusiyanın son həftələrdə intensivləşən hücumları metallurgiya müəssisələrinin fəaliyyətinin dayanmasına səbəb olub. Təkcə Krivoy Roqdakı "ArcelorMittal" zavoduna beş həftə ərzində dörd dəfə zərbə endirilib. Nəticədə beş işçi həlak olub.
Bakunews.tv