Dünya
2
Dünən, 17:15

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib

Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb.
Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT analizinə başlanılıb.

Bununla da qəza nəticəsində ölənlərin sayı 21-yə yüksəlib. Hazırda 7 nəfər itkin düşmüş hesab olunur.

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində gəmi qəzaya uğrayıb. Gəmidə olanlardan 239 nəfər xilas olunub. Faktla bağlı başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər həbs edilib.
Bakunews.tv
Son xəbərlər