Cəmiyyət / Ölkə
3
Bu gün, 17:49

ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu

Sevinc Tahirova “MTV Azərbaycan” telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub.
Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib.

Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir.

Sevinc Tahirova həmçinin şirkətin “MTV Azərbaycan”la bağlı planlarını da açıqladı. Onun sözlərinə görə, Azərbaycanda populyar musiqi və əyləncə kanallarından biri kimi tanınan kanal yeni mövsümdə efir siyasətində bir sıra yeniliklər etməyə hazırlaşır.

S. Tahirova qeyd edib ki, yeni mövsümdən etibarən kanalın efir setkasının daha da zənginləşdirilməsi, tamaşaçı marağına cavab verən yeni layihə və proqramların təqdim olunması nəzərdə tutulur. Bununla yanaşı, mövcud proqramların formatlarının yenilənməsi və efirdə daha dinamik, müasir məzmunların artırılması planlaşdırılır.
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər