Dünya
276
15-08-2022, 15:22

Donbasda vurulan Malayziya təyyarəsi ilə bağlı qərar noyabrın 17-si açıqlanacaq

Hollandiya məhkəməsi 2014-cü ilin iyulunda Ukraynada hərbi münaqişə zamanı Donetsk vilayətində vurulan sərnişin təyyarəsi ilə bağlı qərarı noybarın 17-si açıqlayacaq.

bakunews.tv apa-ya istinadən  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki, 17 iyul 2014-cü ildə Donetsk vilayətində Amsterdam-Kuala Lumpur marşrutu ilə hərəkət edən və “Malaysia Airlines” aviaşirkətinə məxsus "Boeing-777" təyyarəsinin vurulması nəticəsində təyyarənin göyərtəsində olan 298 nəfərin hamısı həlak olmuşdu.

Hadisəyə görə Ukrayna tərəfi Rusiyanın dəstək verdiyi separatçıları ittiham etmişdi.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər