Dünya
280
18-08-2022, 19:48

Taxıl daşıyan daha bir gəmi Odessa limanını tərk etdi

Bu gün ərzaq daşıyan daha bir gəmi Ukraynanın Çernomorsk limanından yola düşüb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat yayılıb:

"Beliz bayraqlı "MARİA" gəmisi qarğıdalı yükü ilə Çernomorsk limanını tərk edib".

Daha dörd gəminin taxıl üçün Ukraynaya gedəcəyi bildirilir.

Xatırladaq ki, iyulun 22-də İstanbulda "taxıl dəhlizi" haqqında saziş imzalanıb. İmzalanmış müqaviləyə əsasən, Rusiya Federasiyası limanlarda atəş açılmayacağına dair öhdəlik götürüb.



bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər