Dünya
306
18-08-2022, 20:43

Mübahisədən sonra valideynlərini və qardaşını diri-diri yandırıb

Rusiyada Çelyabinsk vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəllər məhkum olunmuş 39 yaşlı yerli sakini iki adamı öldürməyə cəhdə görə saxlayıblar.

bakunews.tv milli.az-a istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin rəsmi nümayəndəsi Vladimir Şişkov məlumat verib.

Məlumata görə, avqustun 13-də axşam saatlarında Korkino şəhərindəki fərdi yaşayış evlərindən birində sərxoş müttəhim valideynləri və qardaşı ilə mübahisə edərək evi tərk edib. Səhəri gün isə o qayıdıb, qapını bayırdan bağlayıb, evin divarlarına benzin töküb yandırıb. Daha sonra kişi, cinayət yerindən qaçıb.

Qohumları evdə idi, onlar çıxıb qaça biliblər.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər