Dünya
303
20-08-2022, 21:33

İsveçrədə iğtişaşlar və quldurluq halları istisna edilməyib

İsveçrənin hüquq-mühafizə orqanları qarşıdan gələn qışda elektrik enerjisinin kəsilməsi halında "fövqəladə ssenarilər"ə hazır olmalıdırlar, çünki işıqların kəsilməsi zamanı iğtişaşlar və quldurluq halları istisna olunmur.


bakunews.tv trend-ə istinadən bildirir ki, bu fikri şənbə günü "Blik" qəzetində dərc olunan müsahibəsində İsveçrə polisinin baş direktoru Fredi Fesler bildirib.

"Elektrik enerjisinin kəsilməsi ciddi fəsadlar törədə bilər", - deyə o bildirib.

"Təsəvvür edin: artıq bankomatdan pul almaq, mağazada kartla ödəmək, yanacaqdoldurma məntəqəsində avtomobilin çənini doldurmaq mümkün deyil. O zaman təsəvvür edin ki, üsyan ola bilər". Fessler "bunun həqiqətən baş verəcəyini gözləmədiyini" dedi, lakin o, "belə ekstremal ssenarilərə hazırlaşmalı olduğunu" söylədi.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər