Dünya
376
21-08-2022, 00:45

Hava limanının əməkdaşı FACİƏVİ şəkildə öldü: təyyarənin pəri...

Rusiyada Uqranın Beloyarski şəhərindəki hava limanının əməkdaşı təyyarənin pərinin altına düşüb və aldığı xəsarətlərdən yerindəcə ölüb.


bakunews.tv milli.az-a bildirir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğunu məlumat yayıb.

Mənbənin məlumatına görə, qəza avqustun 19-da yerli vaxtla saat 13:48-də (Moskva vaxtı ilə 11:48) baş verib. 48 yaşlı kişi "UTair Airlines-a məxsus An-24 təyyarəsinin buraxılması proseduru zamanı" xəsarət alıb. Hadisənin digər təfərrüatı açıqlanmayıb.

Hazırda hava limanının binasında istintaq-əməliyyat qrupu işləyir. Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsi də yoxlama təşkil edib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər