Dünya
335
21-08-2022, 10:55

Hindistanda daşqınlar 22 nəfərin həyatına son qoyub

Hindistanın şimalındakı Himaçal-Pradeş əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində ötən gün ərzində səkkiz nəfərlik ailə də daxil olmaqla ən azı 22 nəfər ölüb, daha 5 nəfər itkin düşüb.


bakunews.tv trend-ə istinadən bildirir ki, bu barədə şənbə günü jurnalistlərə Sudeş əyalətinin təbii fəlakətlərlə mübarizə departamentinin direktoru Kumar Mohta bildirib.

"Maksimum zərər Mandi, Kangra və Çamba rayonlarında qeydə alınıb", - Mohta bildirib.

Torpaq sürüşmələri ştatın bir çox yollarında, o cümlədən Manalidən Çandiqarxa gedən böyük magistralda nəqliyyatın hərəkətini iflic edib. Ən çox insan Mandi rayonunda ölüb - 13 nəfər.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər