Dünya
303
21-08-2022, 12:15

Putinin məsləhətçisinin qızının ölümündə Ukrayna günahlandırılır

Rusiya təhlükəsizlik qüvvələri rus ideoloqu və Prezident Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızı Daria Duqinin ölümünü araşdırır.


bakunews.tv apa-ya istinadən xəbər verir ki, Rusiya mediası ölümün avtomobilin partlaması nəticəsində baş verdiyini yazır.

Hadisə şahidlərinin sözlərinə görə, Daria Duqinin idarə etdiyi avtomobildə partlayış avtomobilin altında baş verib. Bundan sonra avtomobili alovlara bürünüb, o, yoldan çıxaraq magistral yolun yaxınlığındakı binaya çırpılıb.

UNİAN yazır ki, Rusiyada bəzi təbliğatçılar avtomobilin partladılmasında ukraynalı "millətçilər"i günahkar bilir və bununla bağlı fərziyyəni fəal şəkildə təbliğ edirlər.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər