Dünya
305
25-08-2022, 18:19

Yunanıstan Türkiyənin iki F-16-nın radar sistemini blokladı

Egey dənizi üzərində NATO əməliyyatları çərçivəsində missiyasını yerinə yetirən 2 Türk F-16-ları Yunanıstana aid F-16-lar tərəfindən kiberhücuma məruz qalıblar.

bakunews.tv apa-ya istinadən bildirir ki, bu barədə yerli mətbuata Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrdən bildirilib.

Məlumata əsasən, yunan təyyarələri Türk Havva Qüvvələrinə aid iki F-16-nın radar sisteminə müdaxilə edərək bloklayıblar.

Qeyd edək ki, bu, həftə ərzində ikinci belə təxribatdır. Türkiyə Milli Müdafiə Nazirliyi artıq NATO rəsmilərinə hadisə ilə bağlı müraciət edib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər