Dünya
292
2-09-2022, 19:17

4 azərbaycanlını öldürən ukraynalı əsgər hakim qarşısında

Ukraynanın Odessa vilayətinin polisi dörd azərbaycanlının ölümündə günahkar bilinən əsgər barəsində istintaq işini başa çatdırıb.


bakunews.tv lent.az-a istinadla xəbər verir ki, artıq iş məhkəməyə göndərilib.

Xatırladaq ki, hadisə bu ilin fevralın 26-dan 27-ə keçən gecə Rozdilnianski rayonunun Kuçurqani kəndində baş verib.

Belə ki, postda dayanan ukraynalı əsgər azərbaycanlıların olduğu avtomobili atəşə tutub. Nəticədə, 3 nəfər yerindəcə, 1 nəfər isə xəstəxanada dünyasını dəyişib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər