Dünya
291
5-01-2023, 23:16

ABŞ Ukraynaya böyük məbləğdə yardım edəcək

ABŞ Ukraynaya yeni hərbi yardım paketi göndərəcək.

bakunews.tv qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda “Reuters” ABŞ rəsmilərinin mənbələrinə istinadən yazır.

Bildirilib ki, bu, indiyə qədərki ən böyük yardım paketi olacaq və təxminən 3 milyard dollara başa gələcək.

Nəşr onu da qeyd edir ki, Kiyevə yeni hərbi yardım paketi yanvarın 6-da elan olunacaq və onun tərkibinə 50-yə yaxın “Bradley” piyada döyüş maşını daxildir.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər