Dünya
370
6-01-2023, 01:53

Zelenski Putinin atəşkəs əmrinə reaksiya verdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfindən ölkəsinin bütün təmas xətti boyunca atəşkəs elan edilməsi haqda danışıb.

bakunews.tv qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda o, özünün teleqram kanalında yayımladığı gündəlik videomüraciətində deyib.

Ukrayna Prezidenti rusiyalı həmkarı Vladimir Putinin atəşkəs əmrinin arxasında yeni gizli təcavüz addımlarının olduğunu qeyd edib.

“Rusiya Ukraynaya və Avropaya qarşı yeni təcavüz dalğasına hazırlığını susqunluqda gizlədə bilməyəcək”, - Ukrayna rəhbəri rus dilində bildirib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər