Dünya / Olay
699
6-02-2023, 15:53

Türkiyədə baş verən zəlzələnin gücünün daha yüksək olduğu açıqlandı

AFAD (Türkiyə Daxili İşlər Nazirliyinin Zəlzələ İdarəsi) zəlzələnin gücü ilə bağlı açıqlama verib.

Açıqlama idarənin “Twitter” hesabında paylaşılıb.

“Aparılan detallı seysmoloji araşdırmalar nəticəsində yenidən qiymətləndirmələr aparılıb və bu səhər saat 04:17-də Kahramanmaraşın Pazarcık rayonunda meydana gələn zəlzələnin gücünün 7,7 Mw olduğu müəyyən edilib.

Məlumatı ictimaiyyətə təqdim edirik”, - deyə paylaşımda qeyd edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər