Dünya
317
25-03-2023, 01:32

Fatih Erbakan Türkiyə prezidentliyinə namizədliyini geri götürdü

Fatih Erbakan Türkiyə prezidentliyinə namizədliyini geri götürdü

Türkiyənin Yenidən Rifah Partiyası Cümhur İttifaqına daxil olmaq qərarına gəlib.

bakunews.tv oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı partiya sədri Fatih Erbakan açıqlama verib.

Erbakan seçkilərdə Cümhur İttifaqından namizəd Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəklərini bildirib. Həmçinin seçimlərə AK Partiya siyahılarından qatılacaqlarını qeyd edib.

Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan prezidentliyə namizədliyini də geri götürdüyünü bildirib.
"Prezidentin özü ilə razılıq əldə olunub.

Gələn həftənin çərşənbə axşamı və ya çərşənbə günü prezidentimiz qərargahımızı ziyarət edəcək. Biz də prezidentliyə namizədlik prosesimizi yekunlaşdırdıq”, - deyə o qeyd edib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər