Dünya
467
1-04-2023, 22:07

Türkiyə MSK prezident seçkiləri ilə bağlı 11 namizədin müraciətini qəbul edib

Türkiyənin Ali Seçki Şurası (MSK) qarşıdakı prezident seçkiləri üçün səsvermə bülletenlərində namizədlərin adlarının yer alacağı sıranın müəyyən edilməsi üzrə püşkatma keçirib.

Püşkatmanın nəticəsinə əsasən, Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı bülletendə birinci yazılacaq. İkinci yerdə Məmləkət Partiyasının sədri Muharrem İncenin, üçüncü yerdə Millət İttifaqının namizədi və Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlunun, dördüncü – sonuncu sırada isə Ata İttifaqının namizədi Sinan Oğanın adı qeyd olunacaq.
Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Əgər prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu baş tutacaq.

F.Şərifov
Ulutv.İnfo
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər