Gündəm / Dünya
151
20-02-2024, 10:34

İsraildə Ramazan ayında Əl-Əqsa məscidinə girişə icazə veriləcək?

İsrail hökuməti müsəlmanlara Ramazan ayında Əl-Əqsa məscidində namaz qılmağa şərait yaradacaq.

Bu açıqlama ilə İsrailin baş nazirinin müşaviri Dmitri Gendelman çıxış edib.

Bununla belə, o qeyd edib ki, Əl-Əqsa məscidində giriş üçün müəyyən qaydalar müəyyənləşdirilib.

“İsraildə hər bir dini obyekt üçün maksimum ibadət kvotaları hazırlanıb. Eyni kvotalar Məscidül-Əqsa üçün də mövcuddur və onlara ciddi şəkildə əməl olunacaq”, - deyə D.Gendelman vurğulayıb.

O əlavə edib ki, yaxın günlərdə Məscidül-Əqsaya giriş proseduru və meyarları İsrail polisi tərəfindən ictimaiyyətə açıqlanacaq. (TASS)
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər