SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Bəzi çevrələr şərti sərhəddəki sakitlikdən narahat idi - Nazir

Bəzi çevrələr şərti sərhəddəki sakitlikdən narahat idi - Nazir

26.02.2024 13:03 114
Son 5 ay ərzində razılaşmalar əldə olunmasa da, Ermənistanla sərhəddə sülh və əmin-amanlıq mövcud idi.

Bunu jurnalistlərə açıqlamasında XİN rəhbəri Ceyhun Bayramov deyib.

"Bu 5 aya yaxın müddət Azərbaycan və Ermənistan şərti sərhədində ən sakit dövr idi. Bu dövrə nəzər salsaq, görürük ki, bəzi çevrələr bundan narahat idi və əllərindən gələni edirlər ki, vəziyyət dəyişsin, gərginlik olsun", - nazir deyib
Xəbəri necə qiymətləndirirsiniz?